Lənkəranda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Zövlə kəndində baş verib. 53 yaşlı F.Şəfiyeva yaşadığı evin həyətindəki ağacdan özünü asaraq, həyatına son qoyub.
Ehtimala görə, F.Şəfiyeva ailədə mübahisə edib. Onun bu səbəblə əsəbiləşərək, özünü öldürməsi güman edilir.
Hazırda faktla bağlı araşdırma aparılır.