Bu gün Rusiyada “qanuni oğruların” Moskva görüşündə qəbul edilmiş qərara əsasən, 12 nəfər “qanuni oğru” adından məhrum edilib.
Onların əksəriyyəti birdəfəlik “oğru” adından məhrum ediliblər, bəzilərinə isə bu adı qaytarmaq üçün şans verilib, Oxu.Az zeki.su saytına istinadən xəbər verir.
Azərbaycanlı “qanuni oğru” Lotu Qulinin də üç adamı addan məhrum edilib: onun kiçik qardaşı Namiq, həmçinin Rafət və Ceyhun adlı şəxsləri də addan məhrum ediblər.
Deyirlər ki, təkcə Namiqin məsələsi tam həllini tapmayıb.
Bu dəyişiklikləri isə məşhur “qanuni oğru” Şakro Molodoy təklif edib.