Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Lotu Qulinin birgünlük həbsinin təfərrüatları – EKSKLÜZİV VİDEOSU
Çernoqoriyada həbs olunduğu barədə məlumat yayılan azərbaycanlı kriminal avtoritet, “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) yeni görüntüləri ortaya çıxıb.
Oxu.Az xəbər verir ki, Baku.Tv-nin əldə etdiyi kadrlarda çəkilişi aparan şəxs Lotu Quliyə “bəs deyirdilər tutulub, nə oldu?” sualını verir.
Masa arxasında əyləşən “kriminal avtoritet” isə suala gülüşlə cavab verir.
Qeyd edək ki, azərbaycanlı avtoritet ötən gün Çernoqoriyanın Podqoritsa şəhərinin hava limanında Rusiya Federasiyasının sorğusu əsasında “İnterpol” tərəfindən saxlanılıb.
Lakin Podqoritsa məhkəməsi Rusiyanın irəli sürdüyü ittihamları qəbul etməyərək, həmin ittihamlarda göstərilən cinayətlərin baş verdiyi tarixdə Lotu Qulinin Azərbaycanda həbsdə olduğunu bildirib.
Məhkəmə qərarından sonra bu gün, yerli vaxtla saat 10:30 radələrində Lotu Quli sərbəst buraxılıb.
Bununla yanaşı, Nadir Səlifov Çernoqoriya məhkəməsinin Rusiyanın ittihamlarını əsassız rədd etməsini nəzərə alaraq, yaşayış üçün bu ölkəni seçib və bundan sonra o, Çernoqoriyada yaşayacaq.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Finlandiyada qadınlar Rusiya ilə müharibəyə hazırlaşırlar
- 13 yaşlı rusiyalı qızın dəhşətli cinayəti: Bacılarını öldürməzdən əvvəl Cinayət Məcəlləsini oxuyub
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"
- Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib
Rəylər