Türkiyənin Antalya şəhərində qətlə yetirilən “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun cənazəsi ailəsinə təhvil verilib.
“Sondakika.com” xəbər verir ki, mərhumun həm Türkiyədə, həm də xaricdə yaşayan xeyli sayda tanışı morqun önünə gəlib.
Mətbuat orqanının iddiasına görə, cənazə İstanbula aparılıb, oradan Azərbaycana göndəriləcək.