Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən iki nəfər – 26 yaşlı Əmir Həmidli və 25 yaşlı Xan Zeynalov Dənizlidə saxlanılıb.
Bu barədə “Demirören Haber Ajansı” (DHA) məlumat yayıb.
N.Səlifovun qətlində şübhəli bilinən şəxslərin Dənizli şəhərinə gəldiyini öyrənən hüquq-mühafizə orqanları əməliyyat keçirərək, hər iki şəxsi yaxalayıblar.
Qeyd edək ki, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
“Lotu Quli”nin qətlində şübhəli bilinən daha bir nəfərin adı məlum oldu - VİDEO
Rəylər