Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mağazadan içərisində pul olan “Milliön” aparatı oğurlandı – FOTO
Bu gün səhər saatlarında Xudat şəhərində oğurluq faktı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, Heydər Əliyev küçəsində yerləşən, Xudat şəhər sakini, 1953-cü il təvəllüdlü Abdullayev Nəriman Mustafa oğluna məxsus mağazadan içərisindən 2000 manat olan “Milliön” ödəmə aparatı oğurlanıb.
Mağaza sahibinin sözlərinə görə, oğrular mağazaya girərkən müşahidə kamerasına düşməmək üçün işıqları söndürüb, mağazanın arxa tərəfindən içəri daxil olublar. Onlar həmçinin mağazadan xeyli miqdarda siqaret və araq da aparıblar.
Hadisə yerinə Xaçmaz rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
- Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb
- Deputat: "Naxçıvan sakinlərinin təbii yanacaq probleminə birdəfəlik son qoyulacaq"