Azərbaycanda “Makedon” və “Çənə” ləqəbilə tanınan 42 yaşlı kriminal avtoritet Natiq Məmmədov şənbə günü Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, Sumqayıt sakinlərinin Milli.Az-a verdikləri məlumata görə, Sumqayıt ərazisində silsilə cinayətlər törətdiyinə görə məhkum edilən N.Məmmədovun ölüm səbəbi açıqlanmır.
Dünən Sumqayıtda yaşadığı 18-ci mikrorayon ərazisində yas mərasimi keçirilib.
Öz növbəsində Lent.az-ın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələr) ilə məhkum edilmiş 1971-ci il təvəllüdlü N.Məmmədovun vəziyyəti pisləşdiyi üçün o, Xətai rayonu ərazisindəki 2 saylı xəstəxanaya gətirilib. Burada həkimlər N.Məmmədovun böyrəklərini dializ ediblər.
Lakin tibbi müdaxilələrə baxmayaraq məhbusun həyatını xilas etmək mümkün olmayıb.