Kürdəmirdə oğurluq hadisəsi baş verib.
Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, rayonun Qarasaqqalı kənd sakinləri Cavad Məmmədov və Cabir Abdullayev qabaqcadan əlbir olaraq Kürdəmirin Karrar kənd sakini Mayisə İsgəndərovanın həyətindəki tövlədən 3 iribuynuzlu heyvanı oğurlayıblar.
Daha sonra inəyi Ağsu rayonundakı mal bazarında həmin rayonun Çiyni kənd sakini Sahibə Abdulovaya 590 manata satıblar.
Saxlanılan şəxs:
“2 dana, 1 inək götürdük. Çox peşmanam. Azərbaycan gəncliyinə sözüm odur ki, oğurluq eləməsinlər. Oğurluq çox pis şeydir. Kimin xoşuna gələr ki? Zəhmətlə pul qazansınlar”.
Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açılıb və inək sahibinə qaytarılıb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparilir.
E.Ə.
www.oxu.az