Maştağa sakininin evindən odlu silah və ona aid vasitələr aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramiz Süleymanovun Maştağa qəsəbəsindəki evindən “AK-74” markalı silah, 2 patron darağı və 53 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılıb.