Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məhkəmə 26 il əvvəl ustanı qətlə yetirib meyiti soyuducuda gizlədən şəxslə bağlı qərar verib
Bakıda 26 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elnur Abbasov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, Ali Məhkəmə Elnur Abbasov barəsində çıxarılan hökmü qüvvədə saxlayıb.
Qeyd edək ki, qətl hadisəsi 1998-ci il aprelin 26-da paytaxt ərazisində yerləşən balıq hisləmə zavodunda qeydə alınıb. Zavodda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov həmin zavodun 2 saylı sexində usta kimi çalışmış Mübariz Rəsulova aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbəsi yetirərək xüsusi amansızlıqla öldürüb. O, sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.
Aparılan istintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq, onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.
2022-ci il iyulun 1-də Elnur Abbasova 1998-ci ildə qüvvədə olan Cinayət Məcəlləsi ilə yenidən ittiham elan edilib və saxlanılıb. O, məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Nişan günü qan töküldü: Arvadının başını kəsdi - Ötən gün baş verən qətlin TƏFƏRRÜATI
- Gəncədə QƏTL: Orta yaşlı kişi BIÇAQLANDI
- Ağstafada 18 yaşlı qadın öldürüldü - Həyat yoldaşı saxlanıldı
- Türkiyədə arvadını qətlə yetirən şəxsdən dəhşətli etiraf: "Oğlumun şalvarı ilə boğdum"
- Əri Bənövşəni qətlə yetirməmişdən əvvəl oğlunun gözü önündə çilçıraqdan asıbmış
Rəylər