Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ziyad Əhmədovu qətlə yetirməkdə təqsirləndirilən həmin mərkəzin baş mühasibi Mirhadı Bağırov barədə qərar verib.
"Report" xəbər verir ki, Ali Məhkəmə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun hökmdən verdiyi kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, M.Bağırov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2021-ci ilin oktyabrında Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında baş verib.
Belə ki, Mərkəzin baş mühasibi 1992-ci il təvəllüdlü M.Bağırov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Xatırladaq ki, Mirhadının atası Mirtağı Bağırov polis polkovnik-leytenantıdır. Mirtağı Bağırov uzun müddət Goranboy Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsini tutub, bir müddət rəis vəzifəsini də icra edib.
Rəylər