Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məhkəmə həbsdə olan jurnalist Cəmil Məmmədli ilə bağlı qərar verdi
Həbsdə olan jurnalist Cəmil Məmmədlinin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
APA-nın xəbərinə görə, Sumqayıt Apellyasiya məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə hökmü qüvvədə saxlayıb.
Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəmil Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən il avqust ayında keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, müxtəlif üsullarla zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək onun həbs edilməsini istəyib. Məhkəmə vəsatəti əsaslı hesab edərək C.Məmmədli barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəz edib.
Cəmil Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.
"Sumqayıt Apellyasiya Məhkəməsi" teqi üzrə xəbərlər
- "Özünüz yatıb, özünüz dura bilirsiniz?" zarafatı qanla nəticələndi
- Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır
- Sumqayıtda şirkətdə mühasiblər dava etdilər, elektron qolbaq taxıldı
- Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR
- Təhqir və böhtana məruz qalan şəxs hansı məhkəməyə müraciət edə bilər?
Rəylər