Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Məhkəmə kürəkənini döyən qayınata ilə bağlı qərar verdi
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Kəramət Əmirovun (adı, soyadı şərtidir - red.) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, keçirilən sonuncu prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti təmin olunub, Suraxanı Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə 4 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə 2 iyul 2024-cü il tarixdə, saat 22 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, Kəramət Əmirovla bacısı oğlu və kürəkəni olan zərərçəkmiş Ziyad Quliyev (şərti) arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Cinayət materialında qeyd edilib ki, zərərçəkmiş arvadını körpə övladı ilə birlikdə tək qoyaraq razılıq olmadan işləmək məqsədi ilə Rusiyaya getməyi planlaşdırıb. Təqsirləndirilən şəxs də buna görə kürəkəninə zəng edərək irad bildirib.
Kəramət Əmirov ifadəsində söyləyib ki, Ziyada "ağıllı ol, qulağını dartaram" deyib. Kürəkən isə cavabında qeyd edib ki, "başın üçün deyil". Sonra zərərçəkmişin evinə gedən Kəramət mübahisə zamanı ona iki dəfə yumruq zərbələri endirərək, sağlamlığa az ağır vurmaya aid xəsarətlər yetirib.
Hadisədən sonra Kəramət Əmirov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, 4 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.
"Bakı Apellyasiya Məhkəməsi" teqi üzrə xəbərlər
- "Qumar kralı"nın işi ilə bağlı tutulan şəxs azadlığa buraxıldı
- "Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı
- "Talassemiya işi"nə görə təqsirli bilinən qadınlar apellyasiya şikayəti veriblər
- Bakıda kişini oğurlayıb pul tələb etdilər - TƏFƏRRÜAT
- Azərbaycanda 1.2 milyon manat dələduzluqda ittiham olunan sahibkar: "Əti maaş əvəzinə paylayıblar"