Dünən Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon Polis İdarəsində bildiriblər.
Cinayət Fətəliyev küçəsində yerləşən 96 saylı məktəbin həyətində baş verib. Məlum olduğu kimi, saat 22.00 radələrində göstərilən məkanda Yevlax sakini 1992-ci il təvəllüdlü Abbasov Elçin Vaqif oğlunun cəsədi tapılıb.
Şübhəli şəxsin kimliyi müəyyənləşdirilib. Bu, Bakı sakini 1993-cü il təvəllüdlü Ələkbərzadə Yusif Natiq oğludur. Ələkbərzadə öz evində yaxalanıb. İlkin istintaq zamanı Ələkbərzadə bildirib ki, onlar Abbasov ilə dost olublar.
Münaqişə isə bir köynək üstə olub. Hər ikisi həmin köynəyi geymək istədikləri halda heç biri geri çəkilməyib. O zaman Ələkbərzadə cibindən bıçağı çıxarıb məsələni bir zərbə ilə həll edib. Amma köynəyi geyə bilməyib, çünki o, birdəfəlik qanla korlanmışdı.
Fakt üzrə cinayət işi açılıb, istintaq davam edir.