Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xocalı (Goranboy) rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləmiş Abbasov Qalib Aydın oğlu barəsində cinayət işi açılıb.
Oxu.Az-ın xəbərinə görə, Q.Abbasov vəzifədə işlədiyi 2008-2015-ci illərdə Adıgözəl İsgəndərovla aralarında yaranan dost münasibətindən istifadə edərək, onu işə düzəltmək adı ilə ayrı-ayrı vaxtlarda ümumilikdə 16 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Bildirilir ki, Q.Abbasov, söz verdiyi kimi, dostunu işə düzəltməyib.
Bundan sonra A.İsgəndərov hüquq-mühafizə orqanlarına müraciət edib.
Q.Abbasova qarşı istintaq orqanı tərəfindən dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.
Q. Abbasov Oxu.Az-a açıqlamasında deyib ki, əslində A. İsgəndərov ona qarşı dələduzluq edib:
“Mənə bu pulu sələmə verib və arıqlaması ilə qaytarmışam. Onu işə düzəltmək adı ilə aldatmamışam”.
Etibar Məmmədov
www.oxu.az