Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Məşhur xəstəxananın həkiminin üzünə yumruq vurdular
Abşeron Rayon Mərkəzi Xəstəxanasında həkimin burnuna yumruq vuran şəxs cəzalandırılıb.
"Qaynarinfo"nun məlumatına görə, 1986-cı il təvəllüdlü M.Rəşad oğlunu qarın sancıları ilə xəstəxanaya aparıb.
O, xəstəxanada Fariz adlı həkimə oğlunun xəstə olduğunu deyib və dərhal müayinədən keçirilməsini tələb edib. Həkim isə xəstəxanada növbənin çox olduğunu və tez bir zamanda xəstəyə ilkin tibbi yardım edə biləcəklərini bildirib. Təqsirləndirilən şəxs yenidən oğlunun növbəsiz USM-dən keçirilməsini istədiyini deyib.
Həmin şəxs daha sonra xəstəxana kollektivini - "oğlumun vəziyyəti ağırdır, burada nəyə oturmusunuz, buraları dağıdacağam", - deyərək hədələyib və yumruqla həkimin burnuna zərbə vurub.
Məhkəmənin qərarı ilə M.Rəşad Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib və ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
"Xuliqanlıq əməli" teqi üzrə xəbərlər
- Elçilik dava ilə bitdi: Oğlanı polisə verdilər
- Paytaxt sakinini bıçaqlayan sabiq diplomat hakim qarşısında
- Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər
- Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi məhkəmə qarşısına çıxarılıb
- Bakıda "TikTok"a görə qadın ofisiantı döyən restoran rəhbəri HƏBS EDİLDİ