Meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) narkotik vasitəyə görə həbs olunma görüntüləri yayılıb.
Oxu.Az-ın əldə etdiyi görüntülərə görə, üzərinə baxış keçirilən zaman onun çantasından 206 qram narkotik vasitə (heroin) və elektron tərəzi aşkar edilib.
Sosial şəbəkələrdə yayılan iddialara görə, C.Babaşov dediyi meyxanaya görə saxlanılıb. Lakin videoda görünür C.Babaşov narkotik vasitəni çantasından çıxararaq, polisə təqdim edir. Eyni zamanda, onun davranışları, mimikası, əlinin üstü və üzündəki yaralar narkotik vasitə aludəçisi olmasından xəbər verir.
Qeyd edək ki, C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
View this post on Instagramİlhamə Əbülfət
"Meyxana" teqi üzrə xəbərlər
- "Kaş meyxana deməzdik" - Orxan Lökbatanlıdan Aydın Xırdalanlı barədə ETİRAF - VİDEO
- Cahangeşt Balaxanı: "Meyxanaya məşhurlaşmaq üçün gələnlər unudulub gedirlər" - VİDEO
- Vüqar Əbdülov Namiq Qaraçuxurlu ilə arasında baş verənlərdən danışdı - VİDEO
- Meyxanaçı Mehman Əhmədli: "Hazırda bu sahədə özümə rəqib görmürəm" - VİDEO
- Tanınmış meyxanaçı öldü: Meyiti morqda qaldı - VİDEO
Digər xəbərlər