Goranboy rayonunda mağazadan “Milli Ön” ödəmə terminalını oğurlayan üç şəxs tutulub.
Bu barədə Oxu.Az-a Azərbaycan DİN-dən bildiriblər.
Məlumata görə, Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də İftixar Yusifova məxsus mağazadan içərisində 3036 manat olan “Milli Ön” ödəmə terminalını oğurlamış rayon sakinləri, əvvəllər məhkum olunmuş Elşən Qurbanov, Vaqif Hüseynov və İlkin Şıxıyev tutulublar.