Oktyabrın 29-u saat 19 radələrində Mingəçevir şəhərinin ərazisində şəhər sakini 22 yaşlı Fərid Əsgərov münaqişə zəminində 1993-cü il təvəllüdlü Araz Cəfərliyə bıçaqla xəsarət yetirib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən F.Əsgərov saxlanılıb, xəsarətlə bağlı müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Rəylər