Noyabrın 22-də saat 22 radələrində 2008-ci il təvəllüdlü E.Sarıyev kəsici alətlə qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü şəhər sakini, Elman Sarıyev naməlum şəraitdə bıçaq xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb.
İlkin məlumata əsasən, gənc 17 saylı şəhər orta məktəbinin 11-ci sinif şagirdidir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, 17 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
Əli Məmmədov