İngiltərə Premyer Liqasının 12-ci turunda "Nyukasl" "Mançester Siti"ni qəbul edib.
Oxu.Az xəbər verir ki, "sağsağanlar" doğma azarkeşləri önündə 2-1 hesabı ilə qalib gəliblər.
Ev sahiblərindən Barns dublla (63,70) yadda qalıb. Qonaqların qolunu isə Dias (68) vurub.
Bu oyundan sonra "Nyukasl" İngiltərə Premyer Liqasının turnir cədvəlində 15 xalla 14-cü, "Mançester Siti" isə 22 xalla üçüncü yerdədir.