Mingəçevirdə 63 yaşlı qadının meyiti tapılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1963-cü il təvəllüdlü Rayət Göyüşovanın meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli