Mingəçevir şəhərində odlu silahla qətl törədən şəxs tutulub.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Bəxtiyar Rəhimovu odlu silahdan açdığı atəşlə qətlə yetirib hadisə yerini tərk edən, əvvəllər məhkum olunmuş Şakir Əhmədov saxlanılıb.