Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mingəçevirdə taksi sürücüsü olan kişinin evdən meyiti tapılıb - YENİLƏNİB + TƏFƏRRÜAT
Mingəçevirdə mənzildən çürümüş insan meyiti aşkarlanıb.
APA xəbər verir ki, hadisə şəhərin Puşkin küçəsi 12/2 ünvanındakı binada qeydə alınıb.
Çağırış əsasında ünvana baxış keçirən Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri bədəni və başı çürümüş kişi meyiti aşkarlayıblar.
Müəyyən olunub ki, meyit 1964-cü il təvəllüdlü Zakir Zülfü oğlu Hacıyevə məxsusdur.
Taksi fəaliyyəti ilə məşğul olduğu bildirilən Z.Hacıyevin ölüm səbəbi aparılan ekspertizadan sonra məlum olacaq. Qonşuları bildiriblər ki, ondan 10 gündür xəbər almayıblar.
Blokdan pis qoxu gəldiyini hiss edən qonşular aidiyyəti orqanlara məlumat veriblər.
Öz avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan mərhum mənzildə tək yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.
14.02.2024, 22:28
Mingəçevirdə 60 yaşlı kişi yaşadığı evdə ölü tapılıb.
Oxu.Az-ın məlumatına görə, Mingəçevir şəhər sakini, 1964 təvəllüdlü Zakir Zülfü oğlu Hacıyevin yaşadığı ünvanda meyiti aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri yoxdur, onun spirtli içki aludəçisi olduğu bildirilir.
İlhamə Əbülfət
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
- FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı sürücülərə müraciət edib
- Hövsanda güclü PARTLAYIŞ: "Yanğın elə güclü idi ki, uşaqlar özlərini ikinci mərtəbədən atdılar"
- Bakıda şiddətli yanğın söndürüldü: Yolda hərəkətə məhdudiyyət aradan qaldırıldı
- Yanğında zərər görən sahibkar: "Sığorta edə bilmədik, peşman olduq"