İstintaq komitəsinin Pervomaysk rayon şöbəsi Azərbaycan vətəndaşına qarşı açılmış xuliqanlığa dair cinayət işini araşdırır.
İstintaqın məlumatına görə, o və onun həmyerlisi noyabrın 26-da 21:30-da Minskdə Kedışko küçəsində 95 saylı avtobusun sürücüsünü və daha üç vətəndaşı döyüblər.
Şübhəli bilinən şəxsə dair Cinayət Məcəlləsinin 339-cu maddəsinin 2-ci bəndi üzrə cinayət işi açılıb.
Oxu.Az BelaPAN-a istinadən xəbər verir ki, onun daha iki həmvətəni törədilən cinayətə aidiyyatları olmasında şübhəli bilinərək həbs edilib.
İstintaq qrupunun əməkdaşları baş verənləri, hadisəni törədən şəxsləri, insident iştirakçılarının sayını və rolunu araşdırırlar.
Bunun üçün istintaq, bu hadisəyə dair video-material və ya hər hansı bir faydalı məlumata sahib olan vətəndaşlardan Pervomaysk İKRŞ-yə müraciət etmələrini xahiş edir.