Polis 28-47 yaş aralığında olan 11 Azərbaycan vətəndaşını həbs edib. Saxlanılan şəxslər moskvalı iş adamını oğurlamaqda şübhəli bilinirlər, DİN-in mətbuat xidməti bildirib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, cinayətkarlar onu azad etmək üçün 500 min dollar tələb ediblər.
Azərbaycanlılar Moskva vilayətinin Mıtişinsk rayonunda saxlanılıblar və hal-hazırda nəzarət altında saxlanılırlar. Polis əməkdaşları onların analoji cinayətlərə aidiyyatı olub-olmadıqlarını yoxlayırlar.
İstintaqın məlumatına görə cinayətkarlar iş adamını Moskva vilayətinin cənubi-şərqində 2014-cü ilin iyulunda oğurlayıblar. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “İnsan oğurluğu” maddəsi ilə cinayət işi açılıb.