Rusiya DİN baş axtarış idarəsinin və Azərbaycan Respublikası DİN əməkdaşlarının birgə səyləri nəticəsində beynəlxalq axtarışda olan və ağır cinayətin törədilməsində təqsirli bilinən 30 yaşlı azərbaycanlı saxlanılıb.
Əldə olan məlumata görə, cinayətkar, Azərbaycanda olarkən, bir qadını oğurlayaraq bir neçə gün zorla yanında saxlayıb, Rusiya DİN-in mətbuat xidməti bildirib, Oxu.Az xəbər verir.
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Cinayət məsuliyyətinə cəlb edilməkdən qorxan cinayətkar Rusiya Federasiyası ərazisində gizlənməyi qərara alır.
Aparılan axtarış-əməliyyatları nəticəsində cənubi-şərq vilayətində saxlanılıb.
Hal-hazırda saxlanılan şəxsin Rusiya Federasiyası ərazisində törədilən cinayətlərin üzə çıxarılması istiqamətində tədbirlər həyata keçirilir. Onun Azərbaycana ekstradisiyası məsələsi həll edilir.