Moskva polisi Kiyev vağzalında tütün mağazasında qan tökən mühaciri tutub. Davadan sonra o mağazanın sahibini güllələyib. Qan itirən azərbaycanlı bıçağı götürüb hücum edəni vurmaq istəyib, onun yerinə isə qardaşı oğlunu yaralayıb.
Oxu.Az NTV-yə istinadən xəbər verir ki, paytaxt polisləri Bryansk küçəsində yerləşən tütün mağazasında gənc azərbaycanlının qanlı münaqişə yaratmasının səbəblərini araşdırırlar.
O, həmvətənini dükanda güllələdikdən sonra gizlənib. Polis əməkdaşları plan quraraq şübhəli bilinən şəxsi tutublar.
Ticarət obyektinin sahibini həmvətəni davadan sonra güllələyib. Dava-dalaşda 6-8 nəfər iştirak edib, onlardan ikisi pavilyona girərək silahı götürüb və mağaza sahibinə atəş açıb. Sinəsindən ağır yara alan adam müqavimət göstərmək istəyib. Qan itirən azərbaycanlı bıçağa əl ataraq hücum edəni vurmaq istəyərkən, öz qardaşı oğlunu yaralayıb. Cavan oğlan budundan yara alıb, mağaza sahibi isə “təcili yardım” maşınında keçinib.
Cinayət törədənlərin maşınını Nijeqorodski küçəsində tapıblar, 23 yaşlı sürücü şöbəyə gətirilib. İnsidentin digər iştirakçılarının şəxsiyyəti müəyyənləşdirilir.