Gənc reper Dado neçə vaxtdır ki, yeni albom üzərində işləyir.
Oxu.Az-a bu haqda məlumat verən reper bildirdi ki, albom üzərində çoxdan çalışır. Lakin Hüseyn Dəryanın ölümü ilə əlaqədar albomu geniş auditoriyaya təqdim etməyib:
“Yeni albom “Bəxt və Zər” adlanır. Albomda 11 mahnı yer alıb. Albomdakı bütün replərin sözləri mənə məxsusdur. Musiqisini isə reper Nadir Nağd Pulla birlikdə yazmışıq. Aranjimanı da Nadir Nağd Pula aiddir.
Albom çoxdan hazırdır. Lakin reper Hüseyn Dəryanın ölümü ilə əlaqədar albomu təqdim etmədim. Bildiyiniz kimi bu ayın 24-də Dəryanın qırx mərasimi oldu. Ona görə də yeni albom haqqında məlumatı mərhum reperimizin 40-dan sonra verməyi düşündüm. İki-üç gündən sonra albom disk şəklində geniş auditoriyaya təqdim olunacaq”.
Aytən Sadıqzadə
www.oxu.az