Moskva polisi Fransa vətəndaşlarını zəhərləyib, sonra isə soyan azərbaycanlıları saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Saxlanılan 22 yaşlı Vəfadar Babayev və 26 yaşlı Nurlan Rəsulov əslən Azərbaycandandırlar, amma son zamanlar Moskvanın Balaşixa qəsəbəsində yaşayırdılar. Məhz onlar cümə gününə keçən gecə bir qrup gənci Turgenev meydanında yerləşən “Kreyzi Deyzi” gecə klubundan götürüblər.
Yolda gəncləri psixotrop maddə qatılmış pivəyə qonaq edən sürücülər onların huşunu itirdiyini görüncə, avtomobili Moskva kənarına sürüblər. Bundan sonra hər üçünü meşə kənarına atan sürücülər onların pulunu və qiymətli əşyalarını götürərək aradan çıxıblar.
Şübhəlilərdən birinin - əslən Azərbaycandan olan, son zamanlarda Moskvanın Balaşixa qəsəbəsində yaşayan 26 yaşlı Nurlan Rəsulovun şəkli yayılıb.
Xatırladaq ki, qardaşı və Böyük Britaniyadan olan rəfiqəsi ilə naməlum şəxslər tərəfindən qarət edilən Fransa vətəndaşı dekbarın 17-də Mıtişa yaxınlığında ölü tapılıb.
“Moskvanın mərkəzində üç nəfərə - fransalı qardaşlara və Britaniya vətəndaşına hücum olub. Onların mobil telefonları götürülüb, daha sonra Medvedkovo istiqamətində aparılıblar”, - məlumatda deyilir.
Naməlum şəxslər öz qurbanlarını buraxdıqdan sonra qardaşlardan biri zərərçəkən xanımla polisə gedib. İkinci qardaş itib.
“Bir neçə saat öncə itkin düşən şəxsin Mıtişa ətrafında meyiti tapılıb. İlkin məlumata görə, ölümə səbəb soyuq olub”, - mənbə bildirib.

N.O.
www.oxu.az