Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Müdafiə Nazirliyində mənimsəməyə görə tutulanların həbs müddəti uzadılıb
Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, keçmiş zabitlər - nazirliyin Maliyyə idarəsinin şöbə rəisi Rafael Xələfov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmət rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Azərbaycan ordusunun Təlim-Tədris Mərkəzinin Maliyyə xidməti rəisi Rəşad Məlikzadə barəsində cari həbsdə saxlama müddəti başa çatıb.
APA xəbər verir ki, cinayət işləri ilə bağlı ibtidai istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar həbs müddətlərinin uzadılması üçün DTX İstintaq Baş idarəsi məhkəməyə vəsatət göndərib və
Bakı Hərbi Məhkəməsi vəsatəti əsaslı hesab edib.
Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti irihəcmli iş üzrə daha 6 ay uzadılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
"DTX" teqi üzrə xəbərlər
- "Şlyapa Zahid"in məhkəməsi: Şirkət təsis olunan gün 40 milyonluq kredit alıb
- DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda dəhşətli cinayətlər planlaşdıran DƏSTƏ ələ keçdi
- "Məşədi Dadaş"ın imamını öldürmək istəyən şəxs: "O adamdan qan çıxmalı idi, buna icazəm var"
- DTX-nin həbs etdiyi sabiq xidmət rəisi hakim qarşısında
- General və polkovniklərin müsadirə olunan əmlakları - SİYAHI
Rəylər