Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs SAXLANILDI
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mənzillərin birindən 2 000 manat dəyərində samovar oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Babayev müəyyən olunaraq saxlanılıb.
Oxu.Az xəbər verir ki, araşdırmalarla A.Babayevin ötən günlərdə paytaxtın Yasamal rayonu ərazisində bloqer Nail Kəmərlinin mənzilindən oğurluğa cəhd edən şəxs olması da müəyyən edilib.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.
Faktlar üzrə hazırda istintaq araşdırması aparılır.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda obyektlərdən 42 min manatlıq oğurluq olub
- Bakıda həbsdən çıxmış şəxs viski oğurladı və yenidən SAXLANILDI
- Bankomatdan insanların pulunu oğurlayan şəxs 13-cü dəfə həbs edildi
- Xaçmazda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Masallıda marketlərə qənim kəsilən şəxs SAXLANILDI - Başqa cinayətləri də ortaya çıxdı
Ən çox oxunanlar