Bakının Nardaran qəsəbəsində oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, noyabr ayınınn 29-dan dekabr ayının 7-dək olan müdddətdə Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakini Münəvvər Əliyevaya məxsus evdən pəncərədən girmək yolu ilə 300 manat və məişət əşyaları oğurlanıb.
Bununla əlaqədar, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən paytaxt sakini Nəriman Qədirov tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 4-də Hicran Məmmədovanın evindən məişət əşyaları və elektrik alətləri oğurlaması da müəyyən edilib.
Faklta bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az