Nardaranda yersiz əyləc güllələri işə salıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, oktyabrın 24-də paytaxtın Nardaran qəsəbəsi ərazisində qəsəbə sakini Vasif Cabbarov xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq Maştağa qəsəbə sakini Anar Quliyevə bud nahiyəsindən xəsarət yetirib.
A.Quliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. V.Cabbarov isə Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşları tərəfindən tutulub.
Öz növbəsində bölmədən bildirilib ki, V.Cabbarov “VAZ-2106” markalı maşınla qəsəbə ərazisində “ruçnoy” çəkib.
Həmin vaxt kənardan A.Quliyevin ona qəzəbli baxdığını görüb və ona əsəbləşərək maşındakı tüfənglə atəş açıb.
Hazırda faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.