Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Narkotikə görə saxlanılan şəxslərə AĞIR CƏZA
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İbrahim Yolçuyev və Aydın Məlikova hökm oxunub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, İbrahim Yolçuyev 9 il, Aydın Məlikov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən hər iki təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs ötən ilin mayında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Onlardan ümumilikdə 2 kiloqramdan artıq heroin götürülüb.
Hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Bu ilin yanvar ayında dəyəri 3 milyon manatdan çox olan qaçaqmal sərhəddən buraxılmayıb
- Rusiya ilə sərhədyanı ərazilərdə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir
- Balakəndə narkotik əməliyyatı: Polis 33 kiloqram heroin və marixuana aşkarladı
- Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildilər
- Narkotik satdıqları qıza göz dikən "bariqa" dostların SONU
Rəylər