Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib
Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, yanvarın 28-də Babək rayon sakini, 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam edir.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Masazırda 38 yaşlı qadın öldürülüb, dayısı şübhəli kimi saxlanılıb
- Arvadını öldürməkdə şübhəli bilinən kişi ilə bağlı YENİ FAKTLAR: "Qulaq kəsib, həbs edilməyib"
- Pakistanda ata "TikTok"dakı videosuna görə qızını güllələyərək öldürdü
- 2024-cü ildə əvvəlki illərlə bağlı neçə qəsdən adam öldürmə cinayətinin üstü açılıb?
- Məhkəmə birlikdə yaşadığı qadını öldürən şəxslə bağlı qərar çıxardı
Rəylər