Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Vicay Abdurreyimov müəyyən olunaraq saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Araşdırmalar zamanı onun daxil olduğu evdən 650 manat oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.