Naxçıvanda qətl törədilib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə dekabrın 8-də Babək rayonunda qeydə alınıb. Rayonun Nəzərabad kəndində yaşayan Kamil Orucovun bıçaqla qətlə yetirilmiş meyiti evində tapılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Babək Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.