AŞPA Monitorinq Komitəsində Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunub.
Oxu.Az-ın verdiyi xəbərə əsasən, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov APA-ya məlumat verib ki, yeni həmməruzəçi avstriyalı deputat Stefan Şennakdır.
O, Polşa təmsilçisi Tadeuş İvinskini əvəzləyəcək.
Qeyd edək ki, oktyabrın 25-də Polşada keçirilən parlament seçkilərində T. İvinski parlamentin üzvü seçilməyib. Bu səbəbdən o, məruzəçi postundan vaxtından əvvəl avtomatik istefaya gedib.