Daxili İşlər Nazirliyi Naxçıvanda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, fevralın 2-də saat 14 radələrində Kəngərli rayonunun Böyük Düz kəndində Şərur rayon sakinləri Sübhan Əsgərovun idarə etdiyi “TOFAŞ” və Natiq Əliyevin idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü və S.Əsgərovun sərnişinlərindən Dilarə Əsgərova və Gülarə Rzayeva hadisə yerində ölüb, digər 1 sərnişini, habelə N.Əliyevin maşınında olan 1 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
10:35
Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Naxçıvan-Şərur yolunda qeydə alınıb.
“Tofaş” markalı minik maşını ilə “Azsamand” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
E.Ə.
www.oxu.az