Bakıda nazirliyin binası qarşısında 37 yaşlı kişini bıçaqlayan şəxs müəyyənləşdirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı R.Şeydayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Samir Əli
Bakının Nərimanov rayonunda dava zamanı 37 yaşlı şəxs bıçaq xəsarətləri alıb.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Əliəşrəf Əlizadə küçəsində, Elm və Təhsil Nazirliyinin binasının qarşısında qeydə alınıb.
Belə ki, Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Şəhriyar Zakir oğlu Ramazanov küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb.
Hücum zamanı hər iki ayağından bıçaq xəsarəti alan Ş.Ramazanov dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.