Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Nəzarətçi işlədiyi təcridxanaya dustaq kimi getdi
Bakı İstintaq Təcridxanasında dustaqlardan rüşvət almaqda ittiham olunan Elşad Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, E.Məmmədov ittiham olunduğu maddələrlə təqsirli bilinərək 8 il 1 ay azadlıqdan məhrum edilib.
İbtidai və məhkəmə istintaqı dövründə azadlıqda olan E.Məmmədov məhkəmə zalında həbs edilərək, əvvəl nəzarətçisi olduğu təcridxanaya göndərilib.
Qeyd edək ki, R.Məmmədov Bakı İstintaq Təcridxanasında nəzarətçi işlədiyi müddətdə istifadəsi qadağan edilən telefonları yoxlamadankənar cəza çəkən şəxslərə verib. Nəzarətçi xidmətlərinin qarşılığında dustaqlardan və yaxınlarından rüşvət alıb.
Ona qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 317-1.2 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi - eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.3.2-ci (rüşvətalma - təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Arvadını qətlə yetirən 55 yaşlı kişinin etirafları: "Qızımın ailəsini dağıtdı, məni bezdirdi"
- Habil Vəliyevə bu dəfə daha ağır cəza verildi
- Sabiq bələdiyyə sədrinin bacısı ilə bağlı daha bir hökm çıxarıldı
- Xəstələrin bir milyon manatının mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə veriblər
- Biznesmeni qisas zəminində öldürən şəxsə 11 il həbs cəzası verildi