Sentyabrın 3-də “Oazis” restoranında 3 nəfərin bıçaqlanması və xeyli sayda insanın xəsarət alması ilə nəticələnən kütləvi dava hələ də gündəmdən düşmür.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, hadisə müştərilərlə restoranın mühafizəçiləri arasında başlayıb.
Daha sonra bu davaya restoranın aşpazı və ofisiantları qoşulub.
Dava iştirakçılarından Zaur Əsgərov hadisədə özünün və qonaqlarının zərərçəkən olduğunu bildirib.
“Oazis”in sahibi Mirtalib Miri oğlu isə açıqlamasında bu ittihamları rədd edib.
Artıq dava iştirakçılarından biri Ravid Abdullayev həbs edilib.
Tərəflərin fərqli fikirlər söyləməsi və bir-birini günahlandırması cəmiyyətdə fikir ayrılılığına səbəb olub.
Cəmiyyətin baş verən hadisəyə reaksiyasını nəzərə alaraq baş verən hadisənin yayımlanmayan görüntülərini təqdim edir. Qoy kimin haqlı olmasıyla bağlı qərarı videonu izləyənlər özləri çıxarsın.