Xəbər yayılanda ona inanmaq çox çətin oldu və baş verənlər tükürpədici olay təsiri yaradırdı
İşi araşdıran Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin təhqiqatçısı Cəmil Əkbərovun danışdıqlarından sonra isə hadisənin deyildiyi kimi olmadığı aydın oldu.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, təhqiqatçı bildirdi ki, dünən 15 yaşlı Gülşən Musayevanın intihara cəhd etməsi ilə bağlı yayılanlar yalan və qızın uydurmasıdır. Polisin sözlərinə görə, Gülşən Musayeva tüfeyli həyat keçirməyi sevdiyindən dəfələrlə evdən qaçıb. O, Bakının müxtəlif yerlərindən polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Dünən də Binəqədi ərazisindən tapılaraq ailəsinə verilib. Anası isə qızını bayıra buraxmayaraq cəzalandırmaq istəyib. G.Musayeva isə evdə heç kimin olmadığından istifadə edərək evdən qaçmaq istəyib. Evdən yataq üzünü götürərək eyvana bağlayıb və aşağı düşmək istəyib. Lakin yataq üzü qısa olduğundan Gülşən elə eyvanın bayır tərəfində asılmış vəziyyətdə qalıb. Xilas ediləndən sonra isə atalığı tərəfindən zorlandığını deyərək özünə haqq qazandırıb.
G.Musayevanın özü ilə də danışıb:
“Məktəbliyəm. Ucar rayonunun Alput kəndində orta məktəbdə 9-cu sinifdə oxuyuram. Bakıda anam və onun əri ilə birlikdə yaşayıram. Atam məni zorlamaq istəməyib. Anam evdə olmurdu. Dağıstana gedib deyə evdən bayıra çıxmaq istədim”.
C.Əkbərov isə G.Musayevanın dediklərinə düzəliş edərək bildirdi ki, qızın anası Dağıstandan Bakıya mal gətirərək bizneslə məşğuldur. Qızının hərəkətlərindən bezən valideyn onu Ucar rayonuna apararaq nənəsinin yanına qoyub.
Onu da əlavə edək ki, qızın doğma atası hadisə barədə eşitdikdə çılğına dönüb.