Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Oğurladığı pulları mərc oyunlarında uduzan qadın saxlanıldı
Bakıda mənzildən 35 min manat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən şəxs mənzilindən 35 min manat pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib:
"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 35 yaşlı L.Babayeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, L.Babayeva oğurladığı pulların bir qismini mərc oyunlarına qoyaraq orada uduzub".
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Sosial şəbəkələrdə qumar oynanılır? - DİN hərəkətə keçdi
- DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT
- Bakıda taksi sürücüsünün səhvi türkiyəli gəncin həyatına son qoydu - ANBAAN VİDEO
- "Kəpəz"in icraçı direktoru ilə veteran futbolçu arasında münaqişə: Polis işə qarışdı
- Rusiyada küçədə atəş açan erməni saxlanıldı
Ən çox oxunanlar
Rəylər