Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Oğuzda çay evində qumarxana aşkarlanıb
Oğuz Rayon Polis Şöbəsinə rayonun ərazisində yerləşən çay evlərinin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, görülən tədbirlərlə həmin obyektdə qumar oyunları təşkil edən icarədar Elnur Məmmədrəfiyev saxlanılıb. Çay evinə baxış zamanı qumar oyunlarına qoyulan pul vəsaiti və digər maddi sübutlar aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Qanunsuz qumar oyunlarının təşkil edilməsi" teqi üzrə xəbərlər
- Həbs edilən "qumar kralı"nın cinayət işi ilə bağlı DETALLAR
- DİN-dən XÜSUSİ ƏMƏLİYYAT: Dəstə başçıları ƏLƏ KEÇİRİLDİLƏR - Saxlanılanlar var
- "Qumar kralı" Şəkili Yusifin əmlakları ilə bağlı İLGİNC İDDİA
- Şamaxıda qumarxana aşkarlandı - Saxlanılanlar var
- Keçən il vətəndaşların bank kartlarından 22 milyon manatdan artıq vəsait oğurlanıb
Ən çox oxunanlar