Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Oğuzda qonaq getdikləri evdən oğurluq edən şəxslər saxlanılıblar
Oğuz Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Zərərçəkmiş ona məxsus mobil telefonların yaşadığı ünvandan oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Ruslan Həziyev və Xanım Mövsümlü saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, onlar zərərçəkmişin evində bir neçə gün qaldıqdan sonra mobil telefonları da götürərək həmin ünvandan xəbərsiz gediblər. Saxlanılan R.Həziyev ev sahibinə özünü xarici ölkə vətəndaşı kimi təqdim edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Sabunçu rayonunda ödəmə terminalından oğurluq edənlər saxlanılıblar
- Ağdaşda internet xətlərini kəsərək oğurlayan şəxslər saxlanılıblar
- Azərbaycanda yarım milyon manatlıq qızıl oğurlayan dəstə üzvlərinə HÖKM OXUNDU
- Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ
- Xankəndiyə səyahətə getmişdi: Oğurluğa görə tutuldu
Rəylər