Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ölmüş çoban qardaşının "qisasını" iki qoyunla aldı: Telefonu onu ələ verdi
Ucar rayonunda qəribə oğurluq hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Lək kəndində qeydə alınıb.
Rayonun Qazyan kənd sakini Abbas Əhmədov dünyasını dəyişən qardaşı Əlövsət Əhmədovun işlədiyi fermadan oğurluq edib.
Belə ki, A.Əhmədovun qardaşı Lək kəndində İbrahim adlı sahibkarın fermasında çoban işləyib. Ə.Əhmədov xəstəlikdən dünyasını dəyişəndən sonra məlum olub ki, fermer çobanın son iki ayda maaşını ödəməyib.
Qardaşının "qisas"ını almaq qərarına gələn Abbas Əhmədov axşam saatlarında Lək kəndindəki fermaya gedərək oradan iki qoyun oğurlayıb və fermerin bundan xəbər tutmayacağını zənn edib. Abbas qoyunları gecə saatlarında evinə gətirəndən sonra görüb ki, özünə məxsus mobil telefonu cibində yoxdur. O, dərhal fermaya gedib gəldiyi yola baxsa da, telefonu tapa bilməyib.
Səhər saatlarında fermer fermadan mobil telefon tapıb. Məlum olub ki, telefon Abbas Əhmədova məxsusdur. Fermer tapdığı telefon barədə polisə məlumat verəndən sonra məlum olub ki, İbrahimin fermasından iki baş qoyun oğurlanıb.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə A.Əhmədova bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Aqil Vəlili
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Natiq Abdullayev: "Vətəndaşlar naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verməsinlər"
- Gəncədə iki nəfər ödəmə terminallarından pul oğurlayıb
- Bakıda mağazanı qarət edən qadınlar tutuldular
- 13-cü mərtəbədəki balkondan qonşu evinə girib 20 minlik qızıl oğurladı
- Bakıda kişini oğurlayıb pul tələb etdilər - TƏFƏRRÜAT