Rusiya Ali Məhkəməsinin bu gün keçirilən iclasında Moskva sakini Yeqor Şerbakovu getlə yetirməkdə təqsirləndirilərək 17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan Zeynalovun apellyasiya şikayətinə baxıb.
Oxu.Az ANS-ə istinadən xəbər verir ki, məhkəmə Orxan Zeynalovun apellyasiya şikayətini təmin etməyib. Rusiya Ali Məhkəməsi birinci məhkəmə stansiyasının çıxardığı hökmü qüvvədə saxlayıb.
Bununla da iyunun 28-də Moskva Şəhər Məhkəməsinin Orxan Zeynalovun 17 il müddətində azadlıqdan məhrum edilməsilə bağlı çıxardığı qərar qüvvədə qalıb.