Moskva sakinini qətlə yetirmək ittihamı ilə 17 il koloniya cəzası alan Orxan Zeynalov ümid edir ki, Azərbaycan hökuməti ona cəzasının qalan müddətini Vətəndə çəkməsinə imkan yaradacaq.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Orxan Zeynalovun hüquqlarının müdafiəçisi Viktor Anikuşkin bildirib.
Onun sözlərinə görə, məhkəmənin hökmü hələ ki, fəaliyyətə başlamayıb və belə bir zamanda Orxan Zeynalov onun vasitəsi ilə Azərbaycanın Rusiya səfirliyi ilə danışıqlar aparır. Vəkilin bildirdiyinə görə, Azərbaycan tərəfi məhkumun cəzasının ölkəsində alması qərarına müdaxilə edə bilər. Lakin bu da alınmasa, Zeynalov qalan cəza müddətini heç olmasa Rusiyanın Şimali Qafqazda olan koloniyalarında çəkməsini tələb edəcək. Belə ki, o tərəfdə onun həmyerliləri var.
Cinayət işinin materiallarına əsasən, 2013-cü ilin 10 oktyabr tarixində Zeynalov Yeqor Şerbakova hücum edərək, onun kürəyi və sinəsinə bıçaqla zərbə endirib. İstintaq zamanı yaxalanan Zeynalov öncə özünü müdafiə etdiyini bildirsə də, daha sonra ümumiyyətlə, bu məsələ ilə əlaqəsi olduğunu təkzib edib.
Baş verən hadisə Rusiya paytaxtının Qərbi Brilyovo rayonunda kütləvi etirazlarla qarşılanıb. O dövrdə insanlar hökumətdən Brilyovun qərb tərəfində olan miqrant məsələsinin həllini və meyvə bazarının bağlanmasını tələb edirdi. Hadisə zəminində 400-dən çox insan saxlanılıb.